Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya QSC-də yeni kadr təyinatları həyata keçirilib.
Sesxeber.com bildirir ki, qurumun Mətbuat Xidmətinin məlumatına görə, QSC-nin Müşahidə Şurasının ilk iclasında təşkilati dəyişikliklər və yeni təyinatlar müzakirə olunub.
Müşahidə Şurasının qərarı ilə qurumun sədr müavini Elçin Məmmədov Regional Su Meliorasiya QSC-nin icraçı direktoru təyin edilib.
Regional Su Meliorasiya Xidmətinin keçmiş sədri Zakir Quliyev isə ADSEA sədrinin əmri ilə Agentlik sədrinin müşaviri vəzifəsinə təyin olunub.
İclasda, həmçinin Regional Su Meliorasiya Xidmətinin publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosesi və yeni idarəetmə modelinin regionların su təchizatına təsiri müzakirə edilib.