2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 8,16 milyon ABŞ dolları dəyərində 2 946 ton qoyun və keçi idxal edib.
Sesxeber.com bildirir ki, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 %, həcm baxımından isə 39 % azalıb.
Buna baxmayaraq, Azərbaycan Gürcüstanın qoyun və keçi ixrac etdiyi ölkələr arasında ikinci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan ümumilikdə 26,3 milyon dollar dəyərində 7 098 ton qoyun və keçi ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 30 %, həcm üzrə isə 7,2 % artım deməkdir.
Qeyd edək ki, 2025-ci ildə Gürcüstanın ixrac etdiyi 8 458 ton qoyun və keçinin 5 776 tonu Azərbaycanın payına düşüb.