35
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sesxeber.com xəbər verir ki, havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-16° isti olacaq.