35
ABŞ-də 2035-ci ilə qədər canlı təkbuynuz (edinoroq) cinsinin yetişdirilməsi planlaşdırılır.
Sesxeber.com bildirir ki, tanınmış biohaker Cozi Zayner və onun “The Embryo Corporation” şirkəti CRISPR gen redaktəsi texnologiyası və süni intellektin köməyi ilə 5–10 il ərzində dünyada ilk canlı təkbuynuzlu at yaratmağı planlaşdırır.
15 alim xüsusi laboratoriyada 1300 at genomu əsasında əvvəlcə “super-at”lar, daha sonra isə onların alnında buynuz yetişdirməyi hədəfləyir. Sınaqlar ilk olaraq siçanlar üzərində aparılacaq.
Şirkət gələcəkdə yarasa embrionları əsasında əjdahalar kimi daha iri məxluqlar yaratmağı da istisna etmir.