ABŞ-də federal məhkəmə Dövlət Departamentini 2027-ci maliyyə ili üzrə Green Card (DV-2027) lotereyasının qeydiyyatını oktyabrın 18-dək açmağa məcbur edib.
Sesxeber.com bildirir ki, Kaliforniyanın Cənub Dairəsi üzrə federal məhkəmənin qərarına əsasən, qeydiyyat ən azı 30 gün davam etməlidir. Dövlət Departamenti həmçinin müraciətlərin başlanma və bitmə tarixlərini, iştirak şərtlərini və rəsmi qeydiyyat ünvanını əvvəlcədən elan etməlidir.
Məhkəmə seçilmiş iştirakçıların nəticələr barədə noyabrın 19-dək məlumatlandırılmasını da tələb edib. Proqram çərçivəsində hər il 55 minədək immiqrasiya vizası əldə etmək imkanı yaradılır.
Qeyd edək ki, Green Card lotereyasının qeydiyyatı 2025-ci ilin dekabrında dayandırılıb. Məhkəmənin yeni qərarı proqramın bərpasını nəzərdə tutur.