85
“Telegram” messencerində istifadəçilərə fərdi tövsiyələr təqdim edən xəbər lenti funksiyası istifadəyə verilə bilər.
Sesxeber.com bildirir ki, yeniliklə bağlı məlumatlar tətbiqin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda aşkarlanıb.
Yeni xəbər lentinin “Əlavə edilmiş” və “Sizin üçün” adlı iki bölmədən ibarət olacağı gözlənilir. Birinci bölmədə istifadəçilərin seçdiyi məzmunlar, ikinci bölmədə isə fərdi tövsiyələr yer alacaq.
Bundan əlavə, lentdə axtarış, yeni paylaşımların sayını göstərən sayğac, səhifəni aşağı çəkərək yeniləmə və oxunma statusunu izləmə imkanlarının olması nəzərdə tutulur.
İstifadəçilər xəbər lentindən birbaşa paylaşımlara, kanallara və söhbətlərə keçid edə biləcəklər.