79

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.
Sesxeber.com bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən Bəxtiyar Muradov polis tərəfindən saxlanılıb və həbs edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
