68
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatı öncəsi son hazırlıq mərhələsinə başlayıb.
Sesxeber.com bildirir ki, Azərbaycan Güləş Federasiyasının məlumatına görə, baş məşqçi Məhəmməd Bənanın, məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışında taktiki-texniki hazırlığa və rəqiblərin təhlilinə xüsusi diqqət yetirilir.
Hazırlıq prosesinə müxtəlif çəki dərəcələri üzrə 20 güləşçi cəlb olunub.
Qeyd edək ki, dünya çempionatı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Yunan-Roma güləşi üzrə yarışlar oktyabrın 24-27-də baş tutacaq.