Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Qazaxıstan sahillərində yeni adalar yaranır.
Sesxeber.com bildirir ki, sonuncu ada bir neçə gün əvvəl Kulalı adası yaxınlığında aparılan hava müşahidələri zamanı qeydə alınıb.
Alimlər xəbərdarlıq edirlər ki, Şimali Xəzərin bəzi hissələri gələcəkdə Aral dənizinə bənzər quruma təhlükəsi ilə üzləşə bilər.

Ətraf mühit fəalı Daniyar Akimjanovun sözlərinə görə, son dörd-beş ildə həmin ərazidə bir neçə yeni ada üzə çıxıb. Onlardan bəzilərinin uzunluğu bir kilometrə, eni isə 200-300 metrə çatır. Bununla belə, bütün yeni quru sahələrinin daimi adalara çevriləcəyi dəqiq deyil. Bu, dəniz dibinin quruluşundan, dalğalardan, küləkdən və su səviyyəsinin gələcək dəyişməsindən asılıdır.
