96
Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyatın hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Sesxeber.com bildirir ki, bu barədə AAYDA məlumat verib.
Qeyd olunub ki, məhdudiyyət Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Zabrat-Maştağa şosesinin müəyyən hissəsində hər iki istiqamətdə tətbiq ediləcək. Təmir işləri saat 15:00-dan başlayacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.