138
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib”Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 10-11 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.
Sesxeber.com bildirir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
“Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz”, – məlumatda qeyd olunub.