141
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində təmir və abadlıq işlərinin aparılması nəzərdə tutulur.
Sesxeber.com bildirir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı satınalma prosesi elan edib.
Layihə çərçivəsində işlərin ehtimal olunan dəyəri 7 milyon 886 min manat müəyyənləşdirilib.
Bakı və Sumqayıtdakı məktəbəqədər təhsil müəssisələrində əsaslı təmir, kommunal-kommunikasiya sistemlərinin yenilənməsi və abadlıq işlərinin görülməsi planlaşdırılır.