95
Bakıda keçirilən 10-cu Azərbaycan Qran-prisi paytaxta minlərlə xarici qonaq cəlb edib.
Sesxeber.com xəbər verir ki, bu barədə “Euronews”un Azərbaycan Qran-prisinə həsr etdiyi reportajda bildirilib.
Məlumata görə, yarışın keçirildiyi dörd gün ərzində 92 mindən çox ziyarət qeydə alınıb. Yarışı tribunalardan 17 mindən çox xarici azarkeş izləyib.
Qran-priyə 120-dən çox ölkədən bilet alınıb. Yarış həftəsonunun mehmanxana, pərakəndə ticarət və digər xidmət sahələrində də fəallığı artırdığı qeyd olunub.