Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun məhkəmə istintaqı başlayır.
Sesxeber.com bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə əsas iclas keçiriləcək.
Ev dustaqlığında olan 88 yaşlı Ramiz Mehdiyev səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmir. O, ilk iclasda videokonfrans vasitəsilə iştirak edib.
İş materiallarının həcminin böyük və epizodların çoxsaylı olması nəzərə alınaraq prosesdə prokurorluğun iki dövlət ittihamçısı iştirak edir.
Bu gün dövlət ittiham aktını elan edəcək, Ramiz Mehdiyevdən özünü təqsirli bilib-bilmədiyi soruşulacaq. Ardınca Ramiz Mehdiyev hakim qarşısında sərbəst ifadə verə bilər.
Proses yaxın saatlarda başlayacaq.