“Azərbaycan ehtiyac duyduğu dövrdə kənardan yardım görməyib.“
Sesxeber.com bildirir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında, Azərbaycanın aldığı silahlarla bağlı çıxışında bildirib.
“Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər”, – Prezident İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, 2003-cü ildən etibarən Azərbaycan həm yerli silah istehsalını inkişaf etdirib, həm də xaricdən silah alıb.
“Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq”, – Prezident vurğulayıb.