Azərbaycan millisinin futbolçusu Mahir Emreli Lixtenşteynlə qolsuz heç-heçə etdikləri oyundan sonra azarkeşlərdən üzr istəyib.
Sesxeber.com bildirir ki, futbolçu UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunun Azərbaycan – Lixtenşteyn matçından sonra jurnalistlərə açıqlama verib.
“İllər keçsə də, bu oyun bir ayıbımız kimi yadda qalacaq. Rəqibin heç-heçəyə belə razı qalıb gəldiyini biləndə insan təəssüflənir. İndi sizinlə danışarkən belə, boşa verdiyimiz epizodlar gözümün önündən keçir”, – Mahir Emreli bildirib.
Futbolçu komandanın mental baxımdan yaxşı vəziyyətdə olmadığını qeyd edib və növbəti qarşılaşmaya qədər toparlanmalı olduqlarını vurğulayıb.