99
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 2-3-də güclü külək əsəcək.
Sesxeber.com bildirir ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.
Bakıda və Abşeron yarımadasında, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.