Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi ilə bağlı insidentin hallarını araşdırmaq üçün xüsusi qrup yaradıb.
Sesxeber.com bildirir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Nazirlikdən qeyd edilib ki, BƏƏ-nin baş prokuroru Həməd Əl-Şəmsi baş vermiş hadisənin hallarını və səbəblərini araşdırmaq üçün prokurorluğun ixtisaslaşmış əməkdaşlarından ibarət qrupun yaradılması barədə göstəriş verib.
XİN-dən vurğulanıb ki, təyyarə Əmirliklərdə qeydiyyata alındığı və dövlətin bayrağı altında olduğu üçün məhkəmə orqanları insidenti araşdırmaq yurisdiksiyasına malikdir.
Araşdırma insidentin bütün hallarını və mümkün motivlərini, o cümlədən terror fəaliyyəti və ya niyyətləri ilə mümkün əlaqəsini əhatə edəcək.