Satışa çıxarıldıqdan sonra istifadəçilər fırçanın bir neçə dəqiqə ərzində işləmədiyini bildiriblər.
Sesxeber.com xəbər verir ki, bu barədə Dyson şirkəti Bloomberg-ə bildirib.
Qeyd olunu ki, problem ağız yaxalayıcı sisteminin borularındakı nasazlıq səbəbindən suyun cihazın içərisinə daxil olmasıdır.
Model real vaxt rejimində əlaqə üçün daxili kamera və süni intellektdən istifadə edir, yaxalayıcı şırnaq isə diş ərpini təmizləməyə kömək edir.
Sentyabrın 1-də satışa çıxarılan fırça qısa müddətdə iri pərakəndə satıcıların saytlarından yoxa çıxıb; şirkət əvvəlcə bunu yüksək tələbatla izah etsə də, hazırda problemin azsaylı cihazlara təsir etdiyini bildirərək müştərilərdən üzr istəyib.