124
İspaniyanın Valensiya və Kataloniya muxtar icmalarında tufan və leysan yağışları ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edilib.
Sesxeber.com bildirir ki, bu barədə yerli media İspaniya Dövlət Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.
“Valensiya, Kastelyon və Taraqonanın cənub sahili qırmızı təhlükə səviyyəsindədir. Ətraf ərazilərdə narıncı təhlükə səviyyəsi saxlanılır”, – məlumatda bildirilib.