148
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacaq məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə elan edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, vakansiya seçiminə yalnız 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər qatıla bilərlər.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaşayan və hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim işləyən şəxslər müsabiqədənkənar qaydada qəbul ediləcəklər.
Müsahibədən uğurla keçən və ən yüksək test balına malik namizəd seçdiyi vakant vəzifəyə təyin olunacaq.