126
“The Telegraph” yazır ki, Niderlandda iki yaşı tamam olmayan uşağa evtanaziya tətbiq edilib. Bu, yeni doğulmuş körpələrə evtanaziya praktikasından kənarda dünyada məlum olan ilk belə haldır.
Sesxeber.com xəbər verir ki, uşağın təxminən 24 aylıq olduğu və ağır beyin zədələnməsindən əziyyət çəkdiyi bildirilir. Onda serebral iflic, görmə pozuntuları, epileptik tutmalar, tənəffüs problemləri və sepsisə səbəb olan təkrarlanan infeksiyalar olub.
Xüsusi komissiya uşağın vəziyyətinin geri dönməz olduğu, çəkdiyi əzabların isə dözülməz və yüngülləşdirilməsi mümkün olmayan xarakter daşıdığı qənaətinə gəlib.
Qərar valideynlər və həkimlər tərəfindən uşağın sağalması üçün ümidin olmadığını bildikdən sonra qəbul edilib.