Koreyalılar divarlarda dırmaşa bilən qaynaqçı robot hazırlayıblar. Hörümçəyə bənzəyən bu bot gəmilərin inşasına kömək edir.
Sesxeber.com bildirir ki, “Diden Spider” ayaqlarına quraşdırılmış maqnitlər sayəsində metal səthlərdə möhkəm dayanır, heç vaxt yorulmur və demək olar ki, hər yerə keçə bilir.
Gələcəkdə robotdan təhlükəli obyektlərdə yoxlama və tikinti işləri üçün də istifadə olunması planlaşdırılır.