Universitetdən bildirilib ki, Faiq Məmmədov heç vaxt Qarabağ Universitetində çalışmayıb və ali təhsil müəssisəsi ilə hər hansı əməkdaşlığı olmayıb.
“Bildiririk ki, mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb”, – açıqlamada qeyd olunub.
Sesxeber.com bildirir ki, universitet media nümayəndələrinə Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamağı xahiş edib. Bunun məlumatların düzgün və dəqiq təqdim olunmasına xidmət etdiyi vurğulanıb.
Qeyd edək ki, daha əvvəl mediada Qarabağ Universitetində idman müəllimi işləmiş Faiq Məmmədovun cinayət məsuliyyətinə cəlb edilməsi və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məlumat yayılıb.