Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.
Sesxeber.com bildirir ki, görüş zamanı U-15 və U-20 dünya çempionatına hazırlıq işləri barədə müzakirə aparılıb.
Azərbaycanda səfərdə olan FIFA-nın prezidenti Canni İnfantino daha sonra Prezident İlham Əliyevə üzərində dövlət başçısının soyadı yazılmış forma və top hədiyyə edib.
Canni İnfantino, həmçinin xatirə hədiyyəsi kimi İlham Əliyevə FİFA-nın rəmzi sarı və qırmızı vərəqələrini, eləcə də plaketini verib.