Prezident İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Sesxeber.com bildirir ki, görüşdə Azərbaycanla Şura arasında əməkdaşlıq, İslam həmrəyliyinin gücləndirilməsi və Azərbaycanın bu istiqamətdə beynəlxalq rolu müzakirə olunub.
Məhəmməd Əbdülsalam Prezident İlham Əliyevə bu ilin əvvəlində layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını təqdim edib.