70
Nazirlər Kabineti Ağstafa və Göygöl rayonlarında torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qərar qəbul edib.
Sesxeber.com bildirir ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, qeyd olunan rayonlarda, işğaldan azad olunmuş ərazilər istisna olmaqla, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, eləcə də hidrotexniki qurğuların inşası ilə əlaqədar tikinti altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur.
Qərarla torpaq sahələrinin dövlət ehtiyacları üçün alınmasını həyata keçirən alan orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müəyyən edilib.