Azərbaycanda xarici ticarət əməliyyatlarının asanlaşdırılması, bioloji təhlükəsizliyin gücləndirilməsi və yerli kənd təsərrüfatı məhsullarının yeni xarici bazarlara çıxarılması istiqamətində mühüm tədbirlərin icrasına başlanılır.
Sesxeber.com Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramına istinadən xəbər verir.
Dövlət Proqramına əsasən, idxal və ixrac əməliyyatları üzrə dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti üzrə müasir məntəqələr qurulacaq. Eyni zamanda, transsərhəd heyvan xəstəliklərinə və bitki zərərvericilərinə qarşı mübarizəni gücləndirmək üçün qonşu ölkələrlə sıx əməkdaşlıq inkişaf etdiriləcək.