24
Ötən tədris ilində Azərbaycanda 120-yə yaxın ölkədən əcnəbi tələbə təhsil alıb.
Sesxeber.com bildirir ki, Azərbaycan ali təhsil müəssisələrində 2025–2026-cı tədris ilində dünyanın 120-yə yaxın ölkəsindən əcnəbi tələbə təhsil alıb.
Türkiyə, Çin, Hindistan, Nigeriya, Pakistan, Somali, Uqanda və Ruanda ilə yanaşı, Böyük Britaniya, Almaniya, Niderland, Bolqarıstan, Latviya və Litva kimi Avropa ölkələrindən, həmçinin ABŞ, Kanada, Meksika və Kolumbiyadan olan gənclər də Azərbaycan universitetlərində təhsil alıblar.