29
MEDİA bildirib ki, Polşada yerləşən “Nexta” kanalı Goranboyun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı sentyabrın 2-də ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb.
Agentliyin təhlilinə görə, bu və digər materiallar vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsidir.
MEDİA “The Independent”, “The Guardian”, BBC, CNN, “Le Monde”, TVP və digər bəzi Qərb media resurslarında Azərbaycanla bağlı birtərəfli və əsassız mülahizələrin yayıldığını qeyd edib.
Agentlik Azərbaycanın suverenliyi və beynəlxalq nüfuzuna qarşı yönələn dezinformasiya cəhdlərinin araşdırılmasının davam etdiriləcəyini bildirib.