Tanınmış fitnes məşqçisi Kamil Zeynallı “Instagram” sosial şəbəkə hesabında Tailanddan maraqlı paylaşım edib.
Sesxeber.com bildirir ki, videogörüntüdə o, məbədlərin birinə daxil olaraq rahibdən onun üçün dua etməsini xahiş edir.
Qeyd edək ki, Tailandda buddist rahib insanı xüsusi bitki dəstəsi ilə yüngülcə döyəcləyə və ya müqəddəs su səpə bilər ki, bu ritualla insanın simvolik olaraq təmizlənməsi, qorunması və xeyir-dua alması, ona sağlamlıq, uğur və bədbəxtliklərdən qorunma dilənməsi ifadə olunur.