Berlin polisi kifayət qədər uyğun namizəd tapa bilmədiyi üçün yeni əməkdaşların işə qəbulunda çətinlik yaşayır.
Sesxeber.com bildirir ki, Berlin polisinin rəhbəri Barbara Slowik Meiselin sözlərinə görə, əsas problemlərdən biri namizədlərin alman dili üzrə testdə, xüsusilə diktantda uğursuz nəticə göstərməsidir. Namizədlərin təxminən 40%-i bu mərhələdə uğursuz olur.
2025-ci ildə Berlin polisindəki 1 224 təlim yerindən yalnız 936-sı doldurulub. Beləliklə, təxminən 300 yer boş qalıb.
Polis rəhbərliyi bildirir ki, tələblərin aşağı salınması mümkün deyil. Çünki polis əməkdaşları gördükləri tədbirləri və hüquqi əsasları vətəndaşlara izah etməli, həmçinin xidməti sənədləri düzgün şəkildə yazılı formada tərtib etməlidirlər.