53
“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi və aparıcı Nigar Fərhad çoxsaylı vətəndaş şikayətləri əsasında saxlanılıb.
Sesxeber.com bildirir ki, o, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat veriləcək.
Nigar Fərhad uzun illərdir “AID Group” beynəlxalq xaricdə təhsil şirkətinin rəhbəri kimi tanınır. O, müxtəlif biznes layihələri, sahibkarlıq təşəbbüsləri, motivasiya çıxışları və sosial media fəaliyyəti ilə də gündəmə gəlib.
Qeyd edək ki, şirkətin faktiki rəhbəri və Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə də daha əvvəl həbs edilib. Şirkətlə bağlı əsasən tələbələrdən daxil olan şikayətlərin sayı artır.