Rusiyanın Kamçatka vilayətində güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalan turist qrupunun üzvü, Azərbaycan vətəndaşı Tatyana Dolivets təhlükəsiz əraziyə təxliyə olunub.
Sesxeber.com Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, təxliyə Rusiya FHN tərəfindən həyata keçirilib.
“Vətəndaşımızın səhhətində hər hansı problem yoxdur” deyə məlumatda bildirilib.
Azərbaycan vətəndaşının təxliyəsi ölkənin müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb.