Maliyyə Nazirliyinin açıqladığı rəsmi məlumatlara görə, Birləşmiş Ştatların ümumi dövlət borcu 40,05 trilyon dollar təşkil edib.
Sesxeber.com bildirir ki, bununla da son on il ərzində ölkənin borc yükü iki dəfə artmış olub.
Ekspertlər bu sürətli artımın arxasında duran əsas səbəblər kimi artan faiz xərclərini, sosial təminat və səhiyyə proqramlarına yönəldilən vəsaitlərin çoxalmasını, eləcə də hökumətin gəlirlərini üstələyən xərcləri göstərirlər. Ölkənin borca görə ödədiyi illik faiz xərcləri isə büdcəyə ağır yük olmaqda davam edir.