27
“BMT tədricən öz əhəmiyyətini itirir və yavaş-yavaş ölür”.
Sesxeber.com bildirir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri və BMT-nin yeni baş katibi postuna namizəd Rafael Qrossi deyib.
O, “Financial Times”a verdiyi açıqlamada bildirib ki, təşkilat yeni böhranların və dövlətlərarası münaqişələrin həllində artıq ciddi rol oynamır.
Qrossi həmçinin BMT-nin sosial məsələlər və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində fəaliyyətindən məyus olduğunu deyib.
Qeyd edək ki, hazırkı baş katib Antonio Quterreşin ikinci və sonuncu səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatır.