Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.
Sesxeber.com bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verib.
Bildirildi ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.
Kompleksdə 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Burada 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı, 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzil olacaq.