Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə dəstək məqsədilə ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nin şəbəkəsini genişləndirib.
Sesxeber.com bildirir ki, abituriyentlər ixtisas seçimi prosesində bu mərkəzlərdən pulsuz konsultasiya və kömək ala bilərlər.
Mərkəzlər Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, AzMİU, AzTU, AMK, ADNSU, ADAU, Sumqayıt Dövlət Universiteti və DİM-in regional bölmələrində fəaliyyət göstərir.
50-dən çox regionda Rayon Təhsil Sektorları və seçilmiş məktəblərdə DİM əməkdaşları tərəfindən abituriyentlərə ödənişsiz köməklik göstəriləcək.
Qəbul qaydaları, elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi, müsabiqə şərtləri və seçim zamanı diqqət edilməli vacib məqamlar izah olunacaq.
Ali təhsil müəssisələrinə elektron ixtisas seçimi 12 – 19 avqust tarixlərində keçiriləcək.