85
The Washington Post yazır ki, ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Ankarada keçirilən NATO sammitindən İranla bağlı təhlükə səbəbilə gizli şəkildə hərbi-nəqliyyat təyyarəsi ilə uçub.
Sesxeber.com məlumata əsasən bildirir ki, Ağ Ev həmin vaxt Trampın prezident təyyarəsində olduğunu bildirsə də, əslində prezident başqa təyyarəyə keçirilib.
Əməliyyat jurnalistlərdən və hətta Ağ Evin bəzi əməkdaşlarından da gizli saxlanılıb.
Qəzetin yazdığına görə, bəzi əməkdaşlar prezidentlə eyni təyyarədə uçduqlarını düşündükləri halda, Trampın başqa təyyarə ilə Ankaradan çıxarıldığını sonradan öyrəniblər.