İran prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı tətbiq edilən blokada şəraitində regional diplomatiyanın və qonşu ölkələrin, xüsusilə Azərbaycanın rolunu vurğulayıb.
Sesxeber.com xəbər verir ki, İran prezidenti həmçinin ABŞ və İsrailin ölkədə xaos yaratmaq planlarının fiaskoya uğradığını bəyan edib.
Pezeşkian müharibə dövründə Azərbaycanın Tehrana göstərdiyi dəstəyi və logistik imkanları xüsusi qeyd edib:
“Azərbaycan bütün yolları, bankımızı bağlamışdı… Telefonla danışdıq, iki saat ərzində yenidən açdı. Bank da açıldı, səfirlik də açıldı, yol da açıldı. Müharibə zamanı bizə kömək etdilər, oradan çoxlu yolları — istər Rusiya ilə, istər öz yolunu açdı, nə lazımdırsa yardım göstərdilər, bizimlə əməkdaşlıq etdilər”.