14
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 60,6 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.
Sesxeber.com Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən bildirir ki, idxalın dəyəri ötən ilin eyni ayları ilə müqayisədə 9,2% çoxdur.
Eyni dövrdə Azərbaycandan 32,1 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub. İxracın dəyəri ötən ilin dövrü ilə müqayisədə 2,8% çoxdur.