23
2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 780 nikah qeydə alınıb.
Sesxeber.com bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, həmin nikahlarda Azərbaycan Respublikası vətəndaşlarından 369-u qadın, 411-i isə kişi olub.