16
Azad olunan ərazilərdə iyul ayı ərzində 8012.7 hektar ərazi minalardan təmizlənib.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.
Həmin müddətdə 174 tank əleyhinə mina, 614 piyada əleyhinə mina, 2 106 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.