30
Azərbaycan və Gürcüstan dəmir yolu qurumları Böyük-Kəsik stansiyasında sərhəd keçidinin sürətləndirilməsi və Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəliblər.
Sesxeber.com bildirir ki, yeni yanaşmaya əsasən, vaqonlara texniki baxış prosedurları optimallaşdırılacaq, bəzi yoxlamalar təkrarlanmayacaq. Bu, yük qatarlarının sərhəd keçidi vaxtını iki dəfə azaltmağa imkan verəcək.
Tərəflər həmçinin rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi və Bakı–Tbilisi marşrutu üzrə əlavə sərnişin reysinin təşkili məsələlərini müzakirə ediblər.