29
İran XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyası yaxın vaxtlarda parlamentdə həyata keçiriləcək.
Sesxeber.com bildirir ki, Bəqainin sözlərinə görə, sənəd iyulun 22-də hökumət tərəfindən təsdiqlənərək parlamentə təqdim olunub və bütün hüquqi-siyasi aspektləri araşdırılıb.
Qeyd edilib ki, Konvensiyanın təsdiqi Xəzəryanı dövlətlər arasında əməkdaşlığı gücləndirəcək və regiondan kənar qüvvələrin Xəzərdən sui-istifadəsinin qarşısını almağa kömək edəcək. Başlanğıc xətti məsələsi isə ayrıca müzakirə olunacaq.