Məleykə Abbaszadə: 150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq.
Sesxeber.com bildirir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ötən il I ixtisas qrupunda 150 balla qəbul aparılan 11 ixtisas var idi:
“Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK (Riyaziyyat İnformatika) altqrupuna aid idi. Bu il həmin siyahı genişləndirilir. Rİ altqrupuna aid daha iki ixtisas – Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları siyahıya əlavə edilir. Beləliklə, Rİ altqrupunda 150–200 bal toplayan abituriyentlər də bu ixtisasları seçə biləcəklər. II ixtisas qrupunda da təxminən 7 yeni ixtisas 150 ballıq ixtisaslar siyahısına əlavə olunub. 150–200 bal toplayan abituriyentlər I və II ixtisas qruplarında daha geniş seçim imkanına malik olacaqlar”.