ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski görüş zamanı Kiyevə “Patriot” zenit-raket kompleksi üçün raketlərin istehsalına lisenziyanın verilməsi imkanını müzakirə ediblər.
Sesxeber.com bildirir ki, bu barədə Ukrayna lideri Ağ Evin Oval kabinetində keçirilən görüşün yekunlarına dair özünün teleqram kanalındakı səhifəsində yazıb.
“Prezidentlə “Patriot” üçün raketlərin istehsalına dair lisenziyaları və bəzi digər ideyaları müzakirə etdik. Həmçinin diplomatiya barədə danışdıq. Diplomatik prosesi (Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanması üçün – red.) fəallaşdırmaq vacibdir. Komandalarımız gələcək kommunikasiyanın detallarını razılaşdıracaq. Qətiyyətli dəstəyə görə Birləşmiş Ştatlara minnətdaram”, – deyə o yazıb.
Volodimir Zelenski görüşü müsbət xarakterizə edərək onu “yaxşı” adlandırıb.