4
Daşıyıcı “Azland Plaza” MMC tərəfindən 161 və 162 nömrəli şəhərətrafı marşrutların istismarının dayandırılması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb.
Sesxeber.com bildirir ki, 27 iyul tarixindən etibarən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq “Çinar Trans” MMC-yə, 162 nömrəli marşrutun istismarı isə “Xaliq Faiqoğlu” MMC-yə həvalə olunub.
Marşrutlar yaxın günlərdə müsabiqəyə çıxarılacaq.