Qazaxıstanın paytaxtı Astanada ilk dəfə pilotsuz “AutoFlight Prosperity” aerotaksisinin sınaq uçuşu keçirilib.
Sesxeber.com bildirir ki, Çin və Qazaxıstan şirkətlərinin birgə reallaşdırdığı layihə çərçivəsində aparat 10 dəqiqə havada qalaraq 2,4 kilometr məsafə qət edib.
Beş sərnişin və bir pilot üçün nəzərdə tutulan aerotaksi saatda 200 km sürət yığa, tam enerji ilə 200 km uça bilir. Aparat iyulun 29-30-da Astanada keçiriləcək “Gələcəyin oyunları” tədbirində nümayiş olunacaq.