19
Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimləri Xəzər dənizinin quruması ilə bağlı həyəcan təbili çalır.
Tədqiqatlara görə, 1996-cı ildən bəri dənizin sahəsi 7,4% azalıb — bu, təxminən 28,6 min kvadrat kilometr deməkdir və bütöv bir Albaniya dövlətinin ərazisinə bərabərdir.
Əgər əvvəllər suyun səviyyəsi ildə orta hesabla 8 santimetr aşağı düşürdüsə, son illərdə bu rəqəm kəskin artaraq ildə demək olar ki, 23 santimetrə çatıb.
Çəkilmə artıq gəmilərin hərəkətinə, limanların fəaliyyətinə və sahələrə ciddi mənfi təsir göstərir, sahil xəttini tanınmaz hala salır.
Mütəxəssislərin fikrincə, XXI əsrin sonuna qədər Xəzərin səviyyəsi daha 2 metrdən 21 metrə qədər enə bilər.